Mahir Koxalski ilə üz-üzə gəldi: "Rakuv" səfərdə qazandı - VİDEO
Futbol üzrə Polşa Ekstraklasasında 11-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin icarə əsasında çıxış etdiyi “Rakuv” səfərdə “Veçista” ilə qarşılaşıb.
"Qarabağ"dan ayrılan qapıçı Mateuş Koxalskinin 90 dəqiqə qapıda dayandığı görüş yığmamızın üzvünün komandasının qələbəsii lə yekunlaşıb - 2:1.
Emreli 87 dəqiqə meydanda olub.
Xal ehtiyatını 6-ya çatdıran “Rakuv” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

