Azərbaycan - Tacikistan matçını idarə edəcək hakimlər açıqlandı

Azərbaycan - Tacikistan matçını idarə edəcək hakimlər açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının sentyabrın 23-də Bakıda Tacikistan yığması ilə yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, qarşılaşmanı Moldovadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Roman Jitariyə yan xətlərdə Vlad Lifçiu və Vadim Vikol yardımçı olacaqlar.

“Palms Sports Arena”da baş tutacaq görüş saat 20:00-da start götürəcək.