Millimizin Belarus yığması ilə matçının saatı müəyyənləşdi

 Millimizin Belarus yığması ilə matçının saatı müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlanma vaxtı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. 

Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00 başlanacaq.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.