"Bizdən nəticə gözləyən bütün azarkeşlərimizdən üzr istəyirəm"

"Bizdən nəticə gözləyən bütün azarkeşlərimizdən üzr istəyirəm. Ümumiyyətlə, öz adıma deyirəm ki, heç nə alınmadı. Nə topu özümüzdə saxlaya bildik, nə topu ala bildik".
"Mediasport" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Emin Mahmudov deyib.
Yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin ilk turunun İslandiya ilə oyunundan sonra (0:5) fikirlərini bölüşüb:
"Hamımız günahkarıq. Futbolu meydanda biz oynayırıq. Mən heç kimi riskə atmaq istəmirəm. Bir futbolçu olaraq mən ən yaxşı oyunumu göstərmədim ki, deyim əlimizdən gələni etdik. Bütün futbolçular utanırlar. Elə bilməyin ki, biz uduzanda rahat yola davam edirik. Hamı utanır. Bilirik ki, nəticə pisdir. Yaxşı nəticə qazanmağı biz də istəyirdik. İndiki halda deyiləcək heç bir şey yoxdur".
E.Mahmudov Fernandu Santuşun istefaya göndərilmək ehtimalı haqda da danışıb:
"Zaman hər şeyi göstərəcək. Bilmirəm, nə olacaq. Belə oyundan sonra növbəti matça çıxmaq çox çətindir. Mütləq bundan yaxşı oynamalıyıq. Başqa yolumuz yoxdur".