Ayxan Abbasov İlqar Qurbanovla birlikdə Cəbəllütariqə yollandı

 Ayxan Abbasov İlqar Qurbanovla birlikdə Cəbəllütariqə yollandı

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Azərbaycandan ayrılıb.

AFFA-dan "Mediasport"a verilən məlumata görə, mütəxəssis Cəbəllütariqə yollanıb.

Yığma komandanın direktoru İlqar Qurbanovla birlikdə səfərə çıxan çalışdırıcı U-21 milisinin AVRO-2027-nin seçmə qrup oyununu stadiondan izləyəcək.

Əsas millinin üzvü Rüfət Abbasov da U-21-in heyətinə qoşulmaq üçün gedib.

Cəbəllütariq - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.