Yığmamızın üzvü Macarıstan Yüksək Liqasında qol vursa da...
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev formasını geyindiyi "Kişvarda"nın heyətində qol hesabını açıb.
"Mediasport" xəbər verir ki, vinger Macarıstan Yüksək Liqasının 4-cü tur görüşündə fərqlənib.
"Nirekhaza" səfərində meydana 57-ci dəqiqədə çıxan Nuriyev 82-ci dəqiədə hesabı bərabərləşdirsə də, komandası məğlubiyyətdən qaça bilməyib.
Aktivində 4 xalı olan "Kişvarda" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


