Milli komandamızın futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı

Milli komandamızın futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı

2022-ci ildən Azərbaycanın A milli komandasında forma geyinən Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, milliləşdirilmiş türkiyəli "Vanspor"a keçib.

Niderlandın "Volendam" komandasından ayrılan 27 yaşlı yarımmüdafiəçi Türkiyə təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Xatırladaq ki, "Vanspor" Türkiyə 1-ci Liqada yarışır.