Antonun vurduğu qələbə qolu ilə komandası 3-cü pilləyə yüksəldi

Antonun vurduğu qələbə qolu ilə komandası 3-cü pilləyə yüksəldi

Cənubi Koreya çempionatında 28-ci turun oyunları başa çatıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejon" "Ximçxon Sanmu"nu məğlub edib (2:1).

Anton oyuna əsas heyətdə başlayıb və sona qədər mübarizə aparıb.

26 yaşlı müdafiəçi əsas vaxtın sonuna əlavə edilmiş 8-ci dəqiqədə komandasının qələbə qolunu vurub.

"Daejon" hazırda yarışın turnir cədvəlində 45 xalla 3-cü pillədə yer alıb.