Millimizin futbolçusu qol vurdu, qırmızı vərəqə aldı, komandası darmadağın edildi - VİDEO

Millimizin futbolçusu qol vurdu, qırmızı vərəqə aldı, komandası darmadağın edildi - VİDEO

Futbol üzrə Türkiyə 1-ci Liqasında 2-ci turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün heyətində çıxış etdiyi "Vanspor" səfərdə "Manisa" ilə üz-üzə gəlib.

Meydana fasilədən sonra çıxan yığmamızın futbolçusu qarşılaşmada qol vursa da, sonda qırmızı vərəqə alıb, komandası isə yekunda darmadağın edilib - 4:1.

Van təmsilçisi 0 xalla sonuncu pillədə qərarlaşıb.