Milli komandamız Daşkənddə Özbəkistanla bərabərə qaldı

 Milli komandamız Daşkənddə Özbəkistanla bərabərə qaldı

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Daşkənd şəhərinin Dustlik vilayətinin eyniadlı stadionunda keçirilən matç 0:0 hesabı ilə yekunlaşıb.

Komandalar arasında ikinci yoxlama görüşü oktyabrın 12-də keçiriləcək.