"Turan Tovuz"un yeni bazasında təbii örtüklü meydança hazır oldu

"Turan Tovuz"un Kürdəxanıda yerləşən Hünər təlim-məşq bazasının inşası sürətlə davam etdirilir.
"Mediasport" xəbər verir ki, baza ərazisində nəzərdə tutulan standart ölçülü təbii örtüklü meydançalardan biri artıq istismara hazırdır.
Tələb olunan bütün standartlara cavab verən meydança, məşq və yoxlama oyunlarını keçirmək üçün zəruri otaqlar və avadanlıqlarla təmin olunub.
Qeyd edək ki, bazada süni örtküdən ibarət iki meydança da salınacaq.