"Turan Tovuz" Türkiyədə 1-ci Liqa klubu ilə bərabərə qaldı

 "Turan Tovuz" Türkiyədə 1-ci Liqa klubu ilə bərabərə qaldı

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin komandası 1-ci Liqa təmsilçisi "Çorum"la qarşılaşıb.

Görüşdə qalib müəyyənləşməyib -1:1. Tovuzluların heyətində Roderik Miller fərqlənib.