VİDEO: Dadaşov 12 dəqiqə oynadı, komandası asan qələbə qazandı
Futbol üzrə Polşa Ekstraklasasında (Yüksək Liqa) 13-cü tur start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" öz meydanında "Vidzev"lə qarşılaşıb.
Görüş Lüblin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dadaşov meydana 78-ci dəqiqədə daxil olub.
"Motor" hazırda 14 xalla 13-cü pillədə qərarlaşıb.
