"Qəbələ"də 3 ayrılıq - RƏSMİ
"Qəbələ" 3 futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilə müddəti başa çatıb.
Cənubi Afrika Respublikasının "Stellenboş" klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müaviləsi bitib.
Fransalı hücumçu başa çatan mövsüm bölgə təmsilçisinin heyətində 25 oyuna çıxıb, 4 qol vurub.
Rüfət əyalət klubunun heyətində 4, Turan isə 10 matçda forma geyinib.


