"Sabah" Antalyada “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı

"Sabah" Antalyada “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı

"Sabah"ın komandaları Türkiyənin Antalya şəhərində “Junior World Cup” beynəlxalq turnirində ilk oyunlarını keçiriblər.

"Mediasport" xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb.

Görüş rəqibin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.

Şahin Zeynalovun çalışdırdığı U-15 isə İspaniyanın “Rayo Valyekano” komandası ilə bərabərə qalıb - 1:1. Təmsilçimizin qolunu Ayxan İbadov vurub.