Premyer Liqaya yüksələn "Karvan"da daha iki ayrılıq oldu

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" daha iki futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, Yevlax təmsilçisi İzzət Müştaqov və Elvin İsmayılovla vidalaşıb.
Hər iki oyunçunun başa çatan müqavilələrinin müddəti uzadılmayıb.
Qeyd edək ki, aranlılar daha əvvəl Ezekiel Morqan və Emil Qasımovla da əməkdaşlığı dayandırıblar.