Millimiz Beynəlxalq İnkişaf Turnirində Belarusa qalib gəldi

 Millimiz Beynəlxalq İnkişaf Turnirində Belarusa qalib gəldi

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusda keçirlən Beynəlxalq İnkişaf Turnirində 3-cü oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan komandamız Belarusun müvafiq yaş qrupundan ibarət futbolçuları ilə üz-üzə gəlib.

Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında baş tutan görüş millimizin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

U-18-in heyətində 42-ci dəqiqədə Əli Bəşirov fərqlənib.

Xatırladaq ki, komandamız turnirdəki ilk iki matçında Rusiya (1:7) və Özbəkistan (1:3) yığmalarına uduuzb.