Abubakar Kamerun milisində

Abubakar Kamerun milisində

"Neftçi"nin üç legioneri ölkələrinin milli komandalarına çağırılıb.

"Mediasport" xəbər verir ki, onlardan biri Vensan Abubakardır.

15 ildir Kamerun yığmasında forma geyinən forvard növbəti dəfə milliyə dəvət alıb.

Ondan başqa, "ağ-qaralar"dan Sessi D`Almeyda Benin, Alessio Kurçi isə Lüksemburq yığmasının düşərgəsinə yollanacaq.

Qeyd edək ki, paytaxt təmsilçisinin yerli futbolçularından Emin Mahmudov, Elvin Bədəlov və Rza Cəfərov əsas, Murad Məmmədovla Ağadadaş Salyanski isə U-21 yığmasına dəvət ediliblər.