Öncə "Qarabağ", sonra "Şkendiya"

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakıda "Şkendiya"nı qəbul edəcək.
"Mediasport" xəbər verir ki, matçdan öncə keçiriləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları açıqlanıb.
"Köhlən atlar"ın çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı avqustun 11-də, saat 17:30-da "Azersun Arena"da baş tutacaq.
Saat 18:00-da eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
"Şkendiya"nın baş məşqçisi Yeton Begirinin mətbuat konfransı saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Şimali Makedoniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 20:00-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ" - "Şkendiya" oyunu avqustun 12-də, saat 20:00-da start götürəcək.