Premyer Liqadan düşən kollektiv Yusiflə "1+2" illik müqavilə bağladı

Növbəti mövsüm futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edəcək "Səbail" Yusif Nəbiyevlə bağlı qərar verib.
"Mediasport" xəbər verir ki, Bayıl klubu müdafiəçi ilə müqavilə müddətini uzadıb.
Kapitan "1+2" illik anlaşma ilə "dənizçilər"in formasını geyinəcək.
Qeyd edək ki, Yusif Nəbiyev son iki mövsümü “Səbail”də keçirib.