"Karvan" "Turan Tovuz"dan ayrılan futbolçu ilə müqavilə bağladı

"Karvan" "Turan Tovuz"dan ayrılan futbolçu ilə müqavilə bağladı

Premyer Liqa hazırlıqlarını davam etdirən "Karvan" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Yevlax klubu Eltun Turabovu heyətinə cəlb edib.

Aranlılar "Turan Tovuz"dan ayrılan müdafiəçi ilə 1 illik müqavilə bağlayıblar.