"Araz-Naxçıvan"da yeni baş məşqçi işinəə 12 futbolçu ilə başladı
"Araz-Naxçıvan" qış təlim-məşq toplanışına start verib.
Klubdan "Mediasport"a verilən məlumata görə, 2026-cı ilin ilk məşqinə yeni baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə çıxan komandanın hazırlıq prosesində 12 futbolçu iştirak edib.
Legionerlərdən Bruno Franko məşqdə yer alıb, digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.
