Turun ən çox və ən az azarkeşi Tovuz stadionunda qeydə alındı

Azərbaycan Premyer Liqasında XXX turun oyunlarını izləyən azarkeş sayında rekordçu yenə "Turan Tovuz" olub.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisini “Sabah”la qarşılaşmada arenadan 2500 tamaşaçı dəstəkləyib.
Turun ən aşağı göstəricisi də Tovuzda qeydə alınıb - "Kəpəz"in "Araz-Naxçıvan"la görüşünü stadiondan 350 azarkeş izləyib.
Premyer Liqada 30-cu turun azarkeş statistikası
"Turan Tovuz" - "Sabah" 2:1 (2500 azarkeş)
"Neftçi" - "Zirə" 2:4 (1731)
"Səbail" - "Qarabağ" 1:4 (1200)
"Sumqayıt" - "Şamaxı" 1:2 (1000)
"Kəpəz" - "Araz-Naxçıvan" 0:0 (350)