"Qarabağ" "Ayntraxt" üzərində möhtəşəm qələbə qazandı

"Qarabağ" "Ayntraxt" üzərində möhtəşəm qələbə qazandı

UEFA Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" 7-cü tur görüşünə çıxıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Bakıda "Ayntraxt"la qarşılaşıb.

Pley-off şansları yüksək olan Qurban Qurbanovun komandası əzmkar qələbə qazanıb.

Təmsilçimiz 7 turdan sonra 10 xalla hazırda turnir cədvəlində 17-ci sırada qərarlaşıb.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 7-ci tur


"Qarabağ" - "Ayntraxt" (Frankfurt, Almaniya) 3:2

Qollar: Kamilo Duran, 4, 80, Bəhlul Mustafazadə, 90+4 -- Can Uzun, 11, Fares Şaibi, 78-pen.

Hakimlər: Sandro Şörer, Stefan de Almeyda, Yonas Emi, Yohannes fon Mandak

VAR: Fedayi San, Lukas Fendrix. 

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamilo Duran.

Baş məşqçi: Qurban Qurbanov.

"Ayntraxt": 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Kox (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun.

Baş məşqçi: Dennis Şmitt.