Qazaxıstandan gələn 6 məşqçi "Qarabağ" Futbol Akademiyasında

Qazaxıstandan gələn 6 məşqçi "Qarabağ" Futbol Akademiyasında

Qazaxıstanın Astana şəhərini təmsil edən SDYUŞOR-8 klubunun direktoru Erkebulan Jomart 6 məşqçi ilə birlikdə Azərbaycana səfər edib.

"Mediasport" xəbər verir ki, onlar "Qarabağ" Futbol Akademiyasında qonaq olublar.

Erkebulan Jomart və onu müşayiət edən məşqçilər səfər çərçivəsində akademiyanın infrastrukturu, təlim-məşq prosesi və gənc futbolçuların hazırlanması istiqamətində görülən işlərlə yaxından tanış olublar.

Görüş zamanı akademiyanın fəaliyyəti, inkişaf modeli və gələcək perspektivləri barədə ətraflı məlumat təqdim olunub, həmçinin qarşılıqlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, nümayəndə heyəti Azərbaycan Əvəzedicilər Liqası çərçivəsində keçirilən "Qarabağ" – "Qəbələ" qarşılaşmasını izləyiblər.

Qazaxıstanlı məşqçilər fevralın 22-nədək klubun qonağı olacaqlar.