"Sabah"ın pley-off matçlarının başlanma saatları açıqlandı
UEFA Çempionlar Liqasında təmsilçimiz "Sabah"ın pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə oyunlarının başlanma saatları və stadionlar açıqlanıb.
"Mediasport" xəbər verir ki, avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək ilk görüş "Culeşti" stadionunda baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Cavab qarşılaşması isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.


