Premyer Liqaya vəsiqə qazanan klub yeni hücumçu transfer etdi

Premyer Liqaya hazırlaşan "İmişli" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Aran klubu İbrahim Əliyevi rənglərinə bağlayıb.
Hücumçu ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İbrahim Əliyev daha əvvəl də "İmişli"nin formasını geyinib.