"Qarabağ" doğru yoldadır - Biz bu yolumuzla davam edəcəyik"

"Qarabağ" doğru yoldadır - Biz bu yolumuzla davam edəcəyik"

"Çox arzu etdik bu gün qazanaq. 2 dəqiqə dözə bilsəydik, tam başqa bir nəticə olacaqdı. Qismət deyilmiş".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın preizdenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" ilə cavab oyunundan sonra düşüncələrini bölüşüb:

"Alınmadı, futboldur bu. Xətalarımızdan dərs çıxaracağıq. Yaxşı transferlərimiz var. Bu transferlərin komandaya gələcəkdə çox böyük fayda verəcəyinə şübhə etmirəm.

"Qarabağ" doğru yoldadır. Biz yolumuzla davam edəcəyik".

Xatırladaq ki, "Qarabağ" pley-offda Niderland klubuna iki oyun və əlavə vaxtın nəticəsinə əsasən 2:4 hesabı ilə məğlub olub.