Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın şikayətini rədd etdi

Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın şikayətini rədd etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın Yusif İmanovla bağlı şikayətini rədd edib.

"Mediasport" xəbər verir ki, qurum qərarı bu gün keçirilən toplantıda çıxarıb.

Masazır klubu qapıçının ilə bağlı verilmiş əvvəlki qərardan narazı qalsa da, növbəti müraciəti təmin olunmayıb.

Oyunçuların Statusu və Transferi Komitəsinin "Yusif İmanov – Sabah Futbol Klubu" işi ilə əlaqədar ötən il dekabrın 3-də 8604 saylı qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, ötən ilin sonunda Oyunçuların Statusu və Transferi Komitəsi "Sabah"ın Y.İmanova 10 000 manat ödəməsi ilə bağlı qərar çıxarıb.