11 top buraxan "Araz-Naxçıvan"ın qapıçısı baş məşqçisiz qaldı

Futbol üzrə Moldova milli komandasının baş məşqçisi Sergey Kleşenko istefa verib.
"Mediasport" xəbər verir ki, yığma DÇ-2026-nın seçmə qrup mərhələsinin hər iki oyunda məğlub olduqdan sonra çalışdırıcı bu qərarı verib.
Moldova öncə İsrailə 0:4, daha sonra Norveçə 1:11 hesabı ilə uduzub.
Xatırladaq ki, həmin oyunlarda Moldovanın qapısını "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram qoruyub.