"Neftçi" Sloveniyaya getdi - FOTO
Bu gün "Neftçi"nin Sloveniyada təlim-məşq toplanışı start götürüb.
"Mediasport" xəbər verir ki, ukraynalı mütəxəssis Yuri Vernidub siyahıya 27 futbolçunun adını daxil edib.
Toplanış 14 iyula qədər davam edəcək.
"Hotel Livada Prestige"də məskunlaşacaq "ağ-qaralar" orada 4 yoxlama görüşü keçirəcək.
Qapıçılar: Emil Balayev, Rza Cəfərov, Nurəziz Əzizov, Mehdi Həsənov, Kenan Piriç;
Müdafiəçilər: Rüfət Abbasov, Elvin Bədəlov, Murad Xaçayev, Endryu Qravilyon, Məhəmməd Məmmədli, İqor Ribeyro, Falaye Sako, Mustafa Sek, Aslan Şirinov;
Yarımmüdafiəçilər: Elvin Camalov, Sessi Dalmeyda, Qustavo Klisman, Emin Mahmudov, İfeanyi Metyu, Emil Səfərov, Andrey Ştoqrin;
Hücumçular: Breno Almeyda, İmad Faraj, Alessio Kurçi, Ağadadaş Salyanski, Bassala Sambu, Lyubomir Tupta.








