Kadidən azarkeşlərə MÜRACİƏT

Kadidən azarkeşlərə MÜRACİƏT

“Qarabağ”ın futbolçusu Kadi Borges azarkeşlərə müraciət edib.

"Mediasport" xəbər verir ki, braziliyalı vinger fanatlara video vasitəsilə səslənib:

“Salam, “Qarabağ” azarkeşləri! Kadi sizi salamlayır. Qarşıdakı oyuna gəlib bizi dəstəkləməyinizi gözləyirik. Çünki siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qələbə qazanaq!”

Aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da başlanacaq.