“Bu həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq" - Medina

“Bu həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq. Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil, bütövlükdə “Atletik” komandasınadır. Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina deyib.
Kolumbiyalı müdafiəçi sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində səfərdə qarşılaşacaqları "Atletik"lə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmaq üçün hazırıq. Keçən mövsüm istədiyim səviyyədə deyildim və bu, mənim üçün böyük motivasiya oldu. Öz üzərində çox işlədim, psixoloji cəhətdən də daha güclü oldum. İnsan səhvlərdən nəticə çıxarmalıdır və mən bu mövsüm əvvəlkindən daha yaxşıyam”.
Xatırladaq ki, "Atletik" - "Qarabağ" matçı sabah Bakı vaxtilə saat 20:45-də başlanacaq.