"Qarabağ"ın Çempionlar Liqası matçına 29 min bilet satıldı

"Qarabağ"ın Çempionlar Liqası matçına 29 min bilet satıldı

Avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Ferensvaroş"u qəbul edəcək.

"Mediasport" xəbər verir ki, "köhlən atlar"ın liqa mərhələsinə gedən yolda sonuncu matçı üçün artıq 28800 bilet satılıb.

Matçın biletlərinin qiymətləri 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir. 

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Xatırladaq ki, "Qarabağ" - "Ferensvaroş" oyunu avqustun 27-də saat 20:45-də start götürəcək.