Naxçıvan şəhər birinciliyi keçirilib

 Naxçıvan şəhər birinciliyi keçirilib

Yunan-Roma və sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, ölkədə yarış sayının və idmançıların yarış təcrübəsinin artırılması strategiyası çərçivəsində baş tutan turnirdə 2016-2017 və 2018-2019 təvəllüdlü kiçikyaşlı yeniyetmələr arasında sərbəst güləş və 2013-2015 təvəllüdlü yeniyetmələr arasında yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti,  Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkil etdiyi yarışda 14 çəki dərəcəsi üzrə 60 idmançı qüvvəsini sınayıb.

İlk üç yerin sahibləri diplom və medalla mükafatlandırılıblar.

Birinciliyin keçirilməsində əsas məqsəd 17 Noyabr-Milli Dirçəliş gününün qeyd edilməsi, yeniyetmələrin yarış təcrübəsinin artırılması, onların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub.