"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ

"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ

UEFA Konfrans Liqasında təmsilçimiz "Qarabağ" pley-off mərhələsində cavab oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu Respublika stadionunda "Tvente"ni qəbul edib.

Qurban Qurbanovun komandası ötən həftə Niderlandda əldə olunan qələbə hesabını qoruya bilməyərək mübarizəni dayandırıb.


UEFA Konfrans Liqası. Pley-off mərhələsi. Cavab oyunu


"Qarabağ" (Azərbaycan) - "Tvente" (Niderland) 1:2 ə.v. - 0:2 (ilk oyun - 1:0)

Qol: Kadi Borges, 59.

Baş hakim: Rohit Saggi

Yan xətt hakimləri: Anders Olav Dale, Ole Andreas Haukasen

Dördüncü hakim: Marius Hansen Qrotta

VAR: Kristoffer Hagenes (hamısı Norveç)

AVAR: Alan Kiyas (Avstriya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 23. Martin Zlomisliç, 5. Bruno Lanqa, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 7. Jali Muaddib, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 25. Cebrail Makreskis, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo, 49. Əli Bəşirov.

Baş məşqçi: Qurban Qurbanov.

"Tvente": 1. Lars Unnerstall, 38. Maks Bruns, 43. Ruud Nijstad, 3. Robin Pröpper (k), 28. Bart Van Roij, 6. Ramiz Zerruki, 42. Duda Veydmann, 11. Daan Rots, 27. Sondre Oryasate, 19. Yunes Taha, 9. Vaut Veqorst.

Ehtiyat oyunçular: 16. Coel Drommel, 22. Remko Pasveer, 4. Matias Kyolo, 7. Marko Pyatsa, 12. Gilyerme Peyşoto, 17. Filip Torvaldsen, 20. Tomas van den Belt, 24. Kristof Kurovski, 25. Lukas Venneqoor of Hesselink, 26. Benyamin Naqel, 29. Aske Adelqaard, 39. Jip Meylink.

Baş məşqçi: Yon van de Brom.