"Qəbələ" "təmizləmə əməliyyatı"na başladı - 5 futbolçu yola salındı

"Qəbələ" "təmizləmə əməliyyatı"na başladı - 5 futbolçu yola salındı

Yenidən Premyer Liqada çıxış edəcək "Qəbələ" heyətdə "təmizləmə əməliyatı"na başlayıb.

"Mediasport" xəbər verir ki, Kaxabr Çxadazenin komandası 5 futbolçu ilə yollarını ayırıb.

Bölgə təmsilçisi qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələri uzatmayıb.

Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti isə başa çatıb.

Bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.