"Qarabağ"dan "Beynəlxalq Xalça Festivalı"nda əyləncə - FOTOLAR

 "Qarabağ"dan "Beynəlxalq Xalça Festivalı"nda əyləncə - FOTOLAR

“Qarabağ” Bakıda "Beynəlxalq Xalça Festivalı 2026"ya qatılıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu azarkeşlərinə “Qarabağ”ın ruhunu birlikdə yaşamaq üçün İçərişəhərdə Kiçik Qala meydanında maraqlı tədbir təşkil edib.

Rəsmi fanşop və xüsusi fanzonada əyləncəli görüş reallaşıb.

"Atlılar"ın əsas futbolçularından Kevin Medina, Toral Bayramov, Leandro Andrade, Kamilo Duran və Mateus Silvanın iştirakı ilə maraqlı görüş və forma imzalatma imkanı yaradılıb.

Azarkeşlərə xüsusi hədiyyələr təqdim olunub.

Tədbir sabah da eyni saatda (12:00-13:00) eyni məkanda baş tutacaq.

Festival üçün məhdud sayda xüsusi hazırlanmış “Qarabağ”ın “Əjdahalı” festival formaları nümayiş etdirilir.