Ronaldonun sevgilisindən marağa səbəb olacaq paylaşım - FOTO

"Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesin rəsmi "Instagram" hesabında etdiyi paylaşım marağa səbəb olub.
"Mediasport" xəbər verir ki, argentinalı modelin bir ziyafətdən paylaşdığı fotolarda barmağında üzüyün yer aldığı əks olunub və bu məqam onun izləyicilərinin də diqqətindən yayınmayıb.
Portuqaliya milli komandasının lideri bu il yanvarın 28-də Corcinanı doğum günü münasibətilə təbrik edərkən, ona "həyat yoldaşım" deyə xitab edib.
Əslində, Səudiyyə Ərəbistanında nikah olmadan kişi və qadının birlikdə yaşaması qadağandır.
Lakin xatırlayırsınızsa, ulduz forvarda bu məsələdə güzəşt edilmişdi.
Görünür, portuqaliyalı futbolçu ilə argentinalı model artıq münasibətlərini rəsmiləşdiriblər.
Ronaldo bu ilin iyununda Riyad klubu ilə 2 illik yeni müqavilə bağlayıb.
O, "Əl Nəsr"də indiyədək 105 oyun keçirib, 93 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.