SOCAR Türkiyənin 1-ci Liqa klubu ilə yeni müqavilə bağladı - FOTO

SOCAR futbol üzrə Türkiyənin 1-ci Liqa klubu “İğdır”a sponsorluğunu davam etdirəcək.
"Mediasport" xəbər verir ki, yeni müqavilə 2025/2026 mövsümünü əhatə edəcək.
Anlaşmaya əsasən, SOCAR loqosu komandanın geyim formalarında nümayiş olunacaq.
Qeyd edək ki, “İğdır” ötən mövsüm də meydana SOCAR loqolu forma ilə çıxıb.