"Qarabağ"ı ən çox məğlub edən komandalar: "Sumqayıt" zirvədədir

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qarabağ"ı məğlub edib (1:0).
"Mediasport" xəbər verir ki, bu qələbədən sonra "gənclik şəhəri" təmsilçisi "köhlən atlar"ı ən çox məğlub edən komanda olub (7 dəfə).
"Sumqayıt"dan sonra son çempionu ən çox məyus edən komanda "Neftçi"dir (6 dəfə).
"Qarabağ"ı ən çox məğlub edən digər komandalar bunlardır: "Qəbələ" (5 dəfə), "Sabah" (4 dəfə), "Şamaxı" və "Səbail" (hər ikisi 3 dəfə).