"Qarabağ"ın açıq məşqi olacaq

"Qarabağ"ın açıq məşqi olacaq

"Qarabağ" mətbuat nümayəndələri üçün açıq məşq və brifinq təşkil edəcək.

"Mediasport" xəbər verir ki, məşq yanvarın 9-da keçiriləcək.

Açıq məşq (ilk 15 dəqiqə) yanvarın 9-da, saat 12:30-da “Azersun Arena”nın təlim-məşq bazasında baş tutacaq.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək brifinq açıq məşqdən 10 dəqiqə əvvəl reallaşacaq.

Qeyd edək ki, qış hazırlığına yanvarın 3-də başlayan "atlılar" çalışmaları 10-dək Bakıda davam etdirəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.