"Zirə"də gözlənilməz AYRILIQ

“Zirə”də gözlənilməz ayrılıq yaşanıb.
"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi Yusuf Lavalla yollarını ayırıb.
Futbolçuyla klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 27 yaşlı nigeriyalı 2024-cü ilin sentyabrından "Zirə"də çıxış edirdi.