"Sabah" əlavə 2,1 milyon qazandı
UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanan “Sabah” büdcəsini bir qədər də zənginləşdirib.
"Mediasport" xəbər verir ki, liqa raundunun 2-ci turunda "Slaviya"nı (Çexiya) məğlub edən (2:0) Azərbaycan çempionu qalibiyyətə görə UEFA-dan 2,1 milyon avro bonus alacaq.
“Bayquşlar” cari mövsüm turnirin təsnifat mərhələlərindəki nəticələri və əsas etapa çıxdığına görə ümumilikdə 18,260 milyon avro gəlir əldə edib.
Xatırladaq ki, Avropa futbol təşkilatı Çempionlar Liqasında heç-heçəyə görə isə 700 min avro bonus verir.

