"Qarabağ"ın Avropa Liqasında rəqibi 2-ci pilləyə yüksəldi
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Vestri" İslandiya 1-ci Liqasında 3-cü pilləyə yüksəlib.
"Mediasport" xəbər verir ki, komanda 11-ci tur görüşündə evdə "Aftureldinq"i məğlub edib - 2:0.
Son iki matçda qələbə qazanan İsafyardarbayr təmsilçisi xal ehtiyatını 19-a çatdırıb.
Lider "Trottur"un hesabında 22 xal var.
Xatırladaq ki, Ağdam klubunun islandlarla görüşləri iyulun 9-u və 16-da olacaq.


