"Zirə" Litva və ya Estoniya klubu ilə qarşılaşa bilər - Konfrans Liqası

"Zirə" Litva və ya Estoniya klubu ilə qarşılaşa bilər - Konfrans Liqası

"Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi 1-ci təsnifat mərhələsində "Torpedo"nu mübarizədən kənarlaşdırsa, "Hegelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da baş tutacaq.