Bütün 1/8 finalçılar müəyyənləşdi - AFFA-da bu gün püşkatma olacaq

Bütün 1/8 finalçılar müəyyənləşdi - AFFA-da bu gün püşkatma olacaq

AFFA Region Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, bununla da pley-offa vəsiqə qazanan komandalar müəyyənləşib.

8 qrupda ilk iki yeri tutan kollektivlər 1/8 finala yüksəliblər.

“Record Club”, “Şirvanovka”, “Çinar Zəngilan”, “Dirçəliş”, “Xudat City”, “Topçular”, “Marafon”, “Şirvan” OİK, “Xankəndi”, “Şirvan”, “Zəfər 44”, “Biləsuvar”, “Ağstafa Gəncləri”, “Bərdə”, “Göyəzən” və “Naftalan” yollarına davam edirlər.

Pley-offun püşkatma mərasimi bu gün saat 15:00-da, AFFA-nın inzibati binasında keçiriləcək.