Yığmamız Belarusda İnkişaf Kubokunda İrana qalib gəldi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda növbəti oyununu keçirib.
Mediasport.com.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komandamızın ikinci rəqibi İran yığması olub.
Matç futbolçularımızın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Xatırladaq ki, ilk qarşılaşmada dünən Rusiya millisinə 0:3 hesabı ilə uduzan U-17 fevralın 19-da Qazaxıstanla üz-üzə gələcək.