"Qarabağ" 6 qollu dramatik oyunda "Sabah"la "sülh" bağladı

"Qarabağ" 6 qollu dramatik oyunda "Sabah"la "sülh" bağladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, turun üçüncü oyun gününün son qarşılaşmasında çempionluq uğrunda mübarizə aparan iki iddialı qarşılaşıb.

Hazırkı lider "Sabah" son illərin dəyişməz çempionu "Qarabağ"ın qonağı olub.

Dramatik görüşdə Masazır təmsilçisi 3:0 hesabı ilə önə keçsə də, Qurban Qurbanovun komdandası təslim olmayaraq buraxılan topların əvəzini çıxıb.


Azərbaycan Premyer Liqası. 22-ci tur


"Qarabağ" - "Sabah" 3:3

Qollar: Pedro Bikalyo, 73, Kevin Medina, 78, Musa Qurbanlı, 84 - Xəyal Əliyev, 13, Aaron Maluda, 54, Coy Lens Mikels, 60.

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Emin Cəfərov

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu