"Qarabağ"ın Avropa Liqasında rəqibi Bakıya "sülh"lə gəlir
Futbol üzrə Bolqarıstan Yüksək Liqasında 2026/2027-ci illər mövsümü start götürüb.
"Mediasport" xəbər verir ki, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olacaq ÇSKA Sofiya derbisində "Slaviya" ilə qarşılaşıb.
3 gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq paytaxt klubu heç-heçə edib - 0:0.
Xatırladaq ki, iyulun 23-də baş tutacaq "Qarabağ" - ÇSKA oyunu saat 20:00-da başlanacaq.


